BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan öz daxili fəaliyyətində də iqlim gündəliyinin aktuallığını təmin edir"

Azərbaycan keçmiş COP ev sahibi kimi iqlimlə bağlı gündəliyi yalnız müxtəlif beynəlxalq platformalarda deyil, həm də öz daxili fəaliyyətində irəlilətməkdə maraqlıdır.

 

Bunu Xarici İşlər Nazirliyinin (XİN) İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Təsir dialoqu – Öhdəlikdən icraya: İqlim-şəhər tərəfdaşlıqları vasitəsilə sağlam və dayanıqlı şəhərlər" adlı paneldə deyib.

 

O qeyd edib ki, şəhərlər və regionlarda maliyyənin ölçüləbilən və proqnozlaşdırıla bilən olmasına, həmçinin onların öz ehtiyaclarına cavab verməsinə ehtiyacı var:

 

"​İkincisi, maliyyənin mövcudluğu bir məsələdirsə, o maliyyəyə əlçatanlıq bu sahədəki digər bir elementdir. Bu səbəbdən, milli iqlim planları, inkişaf strategiyaları və regional hökumətlər arasıdna yerli investisiya prioritetləri arasında a uyğunluğa və sıx koordinasiyaya ehtiyacımız var. Bu, yerli icmanın tələbatını ödəyə bilər".

 

XİN rəsmisi bildirib ki, şəhərlərin və regionların bu maliyyə resurslarına çıxışının təmin edilməsində beynəlxalq maliyyə institutları, tərəfdaş qurumlar mühüm rol oynamalıdırlar.

 

E.Allahverdiyev əlavə edib ki, şəhər sistemləri qlobal emissiyaların təxminən 70%-nə cavabdehdir və qeyd olunan fəaliyyətdə bu, nəzərə alınmalıdır:

 

"​Sonradan biz bu məsələni növbəti COP-larda və Ümumdünya Şəhərsalma Forumu (WUF) kimi digər praktiki platformalara da çıxarmağa qərar verdik. COP-lar daha çox siyasətçilərin, hökumət nümayəndələrinin yaxşı təmsil olunduğu qərar qəbuletmə platformaları olduğu halda, WUF vasitəsilə biz prosesin əsl sahibi olan daha çox yerli maraqlı tərəflərlə ünsiyyət qurmaq imkanı əldə etdik. Nəticədə COP və WUF kimi müxtəlif platformalar arasında siyasi və təsisat davamlılığı tamamlandı. Azərbaycan keçmiş COP ev sahibi kimi bu çox mühüm gündəliyi yalnız müxtəlif beynəlxalq platformalarda deyil, həm də öz daxili fəaliyyətlərində irəlilətməkdə maraqlıdır".(Report)

Tarix: 10 Sentyabr 2026, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin