BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Mirzəyev DANIŞDI: "Gücüm yoxdur..."

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib.

 

Bu barədə Pravda.az-a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü  bildirib.

 

"İnanın ki, danışa bilmirəm. Heç kimin zənginə də cavab vermirəm. Bu, saymazlıqdan deyil. Həm gücüm yoxdur, həm də həkimlər icazə vermirlər", - İ.Mirzəyev deyib.

 

Qeyd edək ki, o, bir neçə gün öncə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində klinikaya qəbul olunub.

 

 Angioplastika icra olunub və stent implantasiya edilib.

 

Aytəkin Qardaşova

Tarix: 10 Sentyabr 2026, 16:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin