BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Astanada toplanıb

Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin görüşü başlayıb.

 

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, görüş bu ölkənin daxili işlər naziri Yerjan Sadenovun sədrliyi ilə keçirilir.

 

Görüşün gündəliyində cinayətkarların axtarışı sahəsində əməkdaşlıq, həmçinin kibercinayətkarlığa, transmilli mütəşəkkil cinayətkarlığa, ekstremizmə, insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri yer alır.

 

Əsas diqqət praktiki əməkdaşlığa və konkret birgə qərarlara yönəldilib./AZƏRTAC

Tarix: 10 Sentyabr 2026, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin