BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə istixanada yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Zəyəm qəsəbəsində vətəndaşa məxsus istixanada yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

İstixana ərazisində plastik tullantılar yığılan sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub.

 

Tarix: 10 Sentyabr 2026, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin