BURADA REKLAMINIZ OLA
BİLƏR

Ötən il nikah qeydiyyatı olmadan doğulan uşaqların sayı

Ötən il ölkə üzrə nikahdankənar doğulan uşaqların 8 499-u 15-29 yaş aralığında olan qadınlar tərəfindən dünyaya gətirilib.

 

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

 

Məlumata əsasən, ötən il ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 11 626 uşaq dünyaya gətirilib.

 

"Onlardan 4 999-u şəhər, 7 027-si isə kənd yerlərində doğulub. Bakıda 2025-ci ildə nikahdankənar doğulan uşaqların sayı 1 258 nəfər təşkil edib.

 

Qeyd olunub ki, son illərdə nikahdankənar doğulan uşaqların sayında azalma müşahidə olunur. Belə ki, 2024-cü ildə 13 228, 2023-cü ildə 15 622, 2022-ci ildə isə 18 814 belə uşaq doğulub.

 

Beləliklə, 2022-ci illə müqayisədə 2025-ci ildə nikahdankənar doğulan uşaqların sayı 7 188 nəfər azalıb.

Tarix: 10 Sentyabr 2026, 18:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin