BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirəli və pambıq kimi yumşaq toyuq sinəsi bişirməyin qaydaları

Quru və sərt olması ilə məşhur olan toyuq sinə ətini şirəli və pambıq kimi yumşaq bişirməyin sirri nəhayət bəlli oldu.

 

Pravda.az mətbəxdə tez-tez qarşılaşılan bu çətinliyi aradan qaldırmaq üçün aşpazların istifadə etdiyi sadə üsulları təqdim edir:

 

Ətin bişərkən suyunu itirməsinin və quru alınmasının qarşısını almaq üçün tətbiq edilən bu texnika, marinasiya və bişirmə temperaturunun düzgün tənzimlənməsinə dayanır.

 

Pambıq kimi yumşaq toyuq sinəsi üçün əsas qaydalar:

 

Qabartma tozu (və ya soda) möcüzəsi: Əti bişirməzdən əvvəl az miqdarda qabartma tozu və ya soda ilə ovub 15-20 dəqiqə saxlamaq liflərin yumşalmasına və nəmin içəridə qalmasına kömək edir.

 

Duzlu suda saxlama: Toyuq sinəsini bişirməzdən əvvəl ilıq duzlu suda yarım saat saxlamaq ətin daxilindəki şirəni qoruyub saxlayır.

 

Yüksək istilikdə qısa müddətli bişirmə: Əti tavada həddindən artıq saxlamaq onun qurumasına səbəb olur. Tavada hər iki üzünü yüksək istilikdə tez möhürləyərək bişirmək vacibdir.

 

Dinləndirmə mərhələsi: Bişdikdən dərhal sonra kəsmək ətin şirəsinin axıb getməsinə yol açır. Əti tavadandan götürdükdən sonra 5 dəqiqə dinləndirmək lazımdır.

 

Əminə Bayramova

Tarix: 11 Sentyabr 2026, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin