BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas Şəfiqə Məmmədovanın sədr seçilməsi barədə: "Bəlkə, Allah Şəfiqə xanıma ikinci ömür verib?"

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas 80 yaşlı Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsi ilə bağlı qərarın tənqid edilməsinə münasibət bildirib.

 

Deputat bu barədə Pravda.az-a açıqlamasında qərarı müsbət qarşıladığını deyib.

 

“Sədr olaraq başqa kimi gözləyirdilər, bilmirəm. Şəfiqə xanım bu vəzifəyə layiq insandır, böyük aktrisadır, ziyalı, savadlı xanımdır. Yaşla bağlamaq olmaz axı. Bəlkə, Allah Şəfiqə xanıma ikinci ömür verib? Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək? Bu qərarda elə bir şey yoxdur. Şəfiqə xanımın sədr seçilməsini mən alqışlayıram”, - A.Abbas bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 11 Sentyabr 2026, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin