BURADA REKLAMINIZ OLA
BİLƏR

Rayon xəstəxanalarında diaqnostik müayinə avadanlıqları nə üçün yoxdur? - AÇIQLAMA

Rayonlarda yaşayan vətəndaşlar tibbi müayinələrlə bağlı problemlərlə üzləşirlər. Belə ki, mammoqrafiya və MRT kimi müasir diaqnostik avadanlıqların bir sıra rayon xəstəxanalarında ümumiyyətlə olmaması, bəzi müəssisələrdə isə işlək vəziyyətdə olmaması pasiyentləri Bakıya üz tutmağa məcbur edir. Bu isə həm əlavə yol və müayinə xərcləri, həm də maddi imkanı məhdud olan ailələr üçün ciddi yük yaradır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, Azərbaycanda aparılan səhiyyə islahatları bir neçə mərhələdə, istiqamətdə aparılıb.

Seçiciləri ilə görüşdən yayındığı deyilən deputat danışdı: “Bu,  təxribatdır” - VİDEO Pravda.az

Onun sözlərinə görə, ilk növbədə bölgələrdə infrastruktur problemlərinin həlli, yeni xəstəxanaların tikintisi, mövcud xəstəxanaların təmir olunması, onların infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, ikinci mərhələdə isə avadanlıqlarla təminat səhiyyə sisteminin maddi-texniki bazası gücləndikdən sonra artıq səhiyyənin struktur islahatları icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub: “Hazırda isə daha da təkmilləşdirilmə, qeyd etdiyimiz kimi bölgələrdə eləcə də böyük şəhərlərdə əhalinin daha məmnuniyyətli və əlçatan tibbi xidmət ilə təmin olunması ilə müvafiq addımların atılması əsas istiqamətdir. Ümumi islahatlar xəritəsinə baxsaq, bu cür qənaətə gəlmək olar. Avadanlıqlarla təminat məsələsinə gəldikdə isə ümumiyyətlə tibb sahəsi bütün dünyada eləcə də Azərbaycanda elə qızğın inkişaf dövrünə qədəm qoyub ki, artıq bir il bundan öncə bizim düşündüyümüzdən daha fərqli yeni avadanlıqların tətbiqi vacib olur. Bir də lazım olan tibbi xidmətin baza hissəsini göstərməkdən ötrü hər bir xəstəxanada mövcudluğu vacib olan tibb texnikası olur. Təbii ki, bəzi bölgələrimizdə bu təminat yüksək səviyyədədir, bəzi bölgələrimizdə isə avadanlıq təminatını daha da yaxşılaşdırmaq lazımdır. Amma burada mərhələli fəaliyyət çox önəmlidir”.

 

Deputat vurğulayıb ki, ilk dövr üçün regional mərkəzlər formasında həmin tibbi xidmətlərin təşkili çox önəmlidir: “Məsələn, qərb bölgəsində bir mərkəzi xəstəxanada bu avadanlıqların hər biri ilə təminat, bölgələr, iqtisadi rayonlar üzrə mərkəzləşmiş xəstəxanalarda bu xidmətləri tam yüz faizlik təmin etmək olar ki, ora yaxın bölgələrdə hansı müayinə, xidmət vermək mümkün deyilsə, həmin iqtisadi rayonların mərkəzində yerləşən tam təşəkküllü xəstəxanada bu prosesi həyata keçirtmək mümkün olsun. Bu, həm məsafənin qısaldılmasına gətirib çıxara, həm də Bakı, Abşeron və digər böyük şəhərlərin yüklənməsinin qarşısını ala bilər. Daha sonra mərhələli formada hər bölgənin xəstəxanalarının bu avadanlıqlarla təminatını həyata keçirtmək olar. Çünki tibb sahəsi yüksək tutumlu, infrastrukuturun qurulmasına çox böyük maliyyə tutumlu bir sahə olduğuna görə icbari sığorta fondundakı vəsaitlər də bərabər şəkildə vətəndaşların bütün ehtiyaclarının təmin olunması istiqamətində sərf olunması sosial ədalət prinsiplərinə uyğun olduğundan mərhələli şəkildə bu proseslər həyata keçirilə bilər. Təbii ki, burada özəl sektorun imkanlarından da heç bir sui-istifadə hallarına yol verməmək şərtilə və bunun mexanizmini qurmaqla istifadə etmək olar”.

 

Şəhanə Qədirli

Tarix: 11 Sentyabr 2026, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin