BURADA REKLAMINIZ OLA
BİLƏR

Proteinlə zəngin qidalar hansılardır?

Protein orqanizm üçün ən vacib qida maddələrindən biridir. O, uşaqlıq dövründə sağlam böyümə və inkişafı dəstəkləyir, böyüklərdə isə hüceyrələrin bərpasında və enerji proseslərində mühüm rol oynayır.

 

Pravda.az bildirir ki, protein həm heyvan mənşəli, həm də bitki mənşəli qidalarda olur. Lakin bəzi məhsullar digərləri ilə müqayisədə daha yüksək miqdarda protein ehtiva edir.

 

Gündəlik protein ehtiyacı nə qədərdir?

 

Gündəlik protein ehtiyacı kişilər üçün təxminən 55,5 qram, qadınlar üçün isə 45 qramdır. Bu ehtiyacın qarşılanması üçün proteinlə zəngin qidaların gündəlik qidalanmaya daxil edilməlidir.

 

Heyvan mənşəli protein mənbələri

Heyvan mənşəli məhsullar orqanizmin ehtiyac duyduğu amin turşularının böyük hissəsini təmin edə bilər. Protein baxımından zəngin əsas heyvan mənşəli qidalar bunlardır:

 

Qırmızı ət

Toyuq əti

Balıq

Pendir

Qatıq

Yumurta

Süd

 

Bitki mənşəli protein mənbələri

Protein ehtiyacını yalnız heyvan mənşəli məhsullardan deyil, bitki mənşəli qidalardan da qarşılamaq mümkündür.

 

Protein baxımından seçilən bitki mənşəli məhsullara aşağıdakılar daxildir:

 

Mərci

Kinoa

Qarabaşaq

Lobya

Noxud

Balqabaq tumu

Yerfıstığı

Paxlalılar

Makaron və digər taxıl məhsulları

 

Proteinlə zəngin qidaların faydaları

Proteinlə zəngin qidalar sağlam əzələ və sümük inkişafını dəstəkləməyə, immun sisteminin normal fəaliyyətinə və orqanizmin enerji ehtiyacının qarşılanmasına kömək edir. Bundan əlavə, protein tərkibli qidalar daha uzun müddət toxluq hissi yarada bilər və buna görə çəki nəzarətində də faydalı seçimlər arasında hesab olunur.

 

Əminə Bayramova

Tarix: 11 Sentyabr 2026, 16:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin