BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmidə Ömərova: “Namizədliyimin irəli sürülməsi görüntü xatirinə deyildi”

“Namizədliyimin irəli sürülməsi görüntü xatirinə deyildi. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədliyimi 50 nəfər müstəqil platforma qrupu irəli sürmüşdü, təşəkkürümü bildirirəm, etimad göstəriblər. Məlumatı konfransdan bir gün əvvəl saytda oxudum. Bəzi saytlar isə yanlış məlumat yayıblar. Namizədliyimi mən irəli sürməmişəm. Düşünürəm, ona görə qurultayda bu məsələyə baxılmadı. Konfransda müstəqil platforma nümayəndələrinin fikirlərinə qulaq asmadılar. İstədilər ki, bu barədə danışsınlar, amma söz verilmədi. Çünki İdarə Heyətinin iclasında Şəfiqə xanım yeganə namizəd idi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib.

 

Xalq artisti sədr seçilən 81 yaşlı Şəfiqə Məmmədovanın yüksək enerjisinə heyran olduğunu dilə gətirib: “O, çalışmaq istəyir, İttifaqın inkişafı naminə iş görmək istəyir, mən də onu dəstəkləyirəm, böyük uğurlar arzulayıram. İstəsəydim, namizədliyimi irəli sürərdim. Sadəcə mənim namizədliyimi irəli sürmüşdülər... İdarəçilik böyük vaxt tələb edir, buna vaxtım yoxdur, işləyirəm, üzərində çalışdığım kinoya dair ağır layihələrim var, idarəçiliyə vaxtım qalmayacaq. Şəfiqə xanım bu işə böyük həvəslə qoşulub, işləyir”.

 

Şəhanə Qədirli

Tarix: 12 Sentyabr 2026, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin