BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda nadir hadisə: uşaq ananın bətnində yox, qaraciyərindədir

Azərbaycanda döl hamilə qadının qaraciyərində inkişaf edib.

 

Qadının ultrasəs müayinəsinin görütüntülərini radioloq sosial şəbəkədə paylaşıb.

 

O bildirib ki, tibbdə belə hallar nadir olsa da, mümkündür. Bu zaman mayalanmış yumurta normal olaraq uşaqlığın daxilinə yerləşmək əvəzinə qarın boşluğunda, o cümlədən qaraciyərin səthində implantasiya edərək inkişaf etməyə başlayır.

 

Qaraciyər nahiyəsində ektopik hamiləlik ciddi və həyati təhlükə yaradan vəziyyət hesab olunur. Hamiləlik vaxtında aşkarlanıb sonlandırılmadıqda ananın ölümü baş verə bilər.Lent.az

Tarix: 12 Sentyabr 2026, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin