BURADA REKLAMINIZ OLA
BİLƏR

ÜST-nin Baş direktorundan su ilə bağlı xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada hər 4 nəfərdən 1-nin təhlükəsiz içməli suya çıxışının olmadığını bildirib.

 

Pravda.az xəbər verir ki, o, bu məsələ ilə bağlı X sosial media hesabında paylaşım edib.

 

Baş direktor təhlükəsiz suyun sağlamlığın təməli olduğunu vurğulayıb. Eyni zamanda, hər kəsin və hər bir yaşayış məntəqəsinin sağlamlığına, eləcə də malik olduğu imkanları yaxşılaşdırmağa kömək etmək üçün birgə fəaliyyət göstərməyə çağırıb.

Tarix: 12 Sentyabr 2026, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin