BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Mirzəzadə: “Azərbaycan torpaqlarında qədim erməni kilsəsindən, abidəsindən söhbət gedə bilməz”

“Erməni millətçilərinin saxtakarlığı ortadadır. Yada salaq, torpaqlar işğaldan azad olunanda həmin ərazilərdə ermənilərin emalatxanası aşkar edildi. Orada da xaçların kimyəvi üsulla qədimləşdiririlməsi prosesi ilə məşğul olurdular”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin işğal müddətində monastırda ermənilərin qədim kitablarının sərgisi kimi təqdim olunan kitabların saxta olduğunu nümayiş etdirməsinə münasibət bildirərkən deyib.

 

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan torpaqlarında hansısa bir qədim erməni kilsəsindən, abidəsindən söhbət gedə bilməz: “Onlar bu torpaqlara sonradan gəliblər. Qədim Alban irsinə yiyələnərək onu özünkiləşdirməyə çalışdılar. Kitabları, hansısa bir tarixi sənəd adlandırdıqları saxtakarlıqdan başqa bir şey deyilmiş. Hesab edirəm ki, diplomatlar öz gözləri ilə “qədim erməni irsi”nin nə olduğunun bir daha şahidi oldular”.

 

Xatırlatma: Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər ediblər".

 

Şəhanə Qədirli

Tarix: 12 Sentyabr 2026, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin