Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən Pərviz İbrahimovun cinayət işi üzrə məhkəmə araşdırması zamanı hadisənin təfərrüatları açıqlanıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, Pərviz İbrahimov 2025-ci il tarixdə saat 10 radələrində həyat yoldaşı olan zərərçəkmiş G.İ. ilə Ağstafa rayonunda yaşadığı evdə münasibətlər zəminində yaranmış mübahisə zamanı onu qəsdən öldürmək qərarına gəlib.
Belə ki, təqsirləndirilən şəxs cinayətkar niyyətini həyata keçirmək məqsədilə zərərçəkmiş şəxsin qohumlarının gözü qarşısında xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirib. O, arvadını mənzilin dəhlizində döşəməyə arxası üstə yıxaraq üzərinə oturub və müqavimətini qırıb. Daha sonra hər iki əli ilə G.İ.-nin boğaz nahiyəsindən tutaraq onu boğmağa başlayıb. Bu zaman zərərçəkmiş şəxsin hər iki gözünün konyunktiva qişasına qansızma, boyunun ön hissəsinə qançır və sağ said nahiyəsinə sıyrıq xəsarətləri yetirilib. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərərvurmaya aid edilib.
İttihamda göstərilir ki, G.İ. boğulma nəticəsində huşunu itirib. Pərviz İbrahimov onun döşəmənin üzərində hərəkətsiz qaldığını, müqavimət göstərmədiyini və nəfəs almadığını görərək öldüyünü zənn edib.
Bundan sonra o, hərəkətlərini dayandıraraq hadisə yerindən çıxıb və Ağstafa Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gedərək həyat yoldaşını boğduğunu bildirib. Lakin G.İ-yə vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas edilib.
Bununla da Pərviz İbrahimov öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib.
İstintaq və məhkəmə materiallarına əsasən, ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə – xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Pərviz İbrahimov ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, hadisədən bir gün əvvəl həyat yoldaşı G.İ.-yə telefon hədiyyə edib və onun valideynlərinin evinə gedib. Həmin vaxt qadının anası mağazada olub. Təxminən saat 10 radələrində isə evə qayıdıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti gün saat 9 radələrində yenidən qayınatasının evinə gedib. Qapını döyüb və qaynanası qapını açıb.
Pərviz İbrahimov bildirib ki, evə daxil olduqdan sonra həyat yoldaşı ilə barışmaları barədə söhbət edib. Həmin vaxt qaynanası qapının sol tərəfində, G.İ. isə sağ tərəfində dayanıb. Qaynanası ona bir sillə vuraraq barışmalarını istəyib. Bu zaman G.İ. də dodağının altından ona nəsə deyib və bundan hirslənib, sonra arvadının sinəsindən tutaraq itələyib.
Təqsirləndirilən şəxs bildirib ki, bunun nəticəsində G.İ. divara dəyərək yerə yıxılıb və huşunu itirib. O, həyat yoldaşının öldüyünü düşünüb və hadisə yerindən çıxaraq Ağstafa Rayon Polis Şöbəsinə gedib.
Pərviz İbrahimov polis şöbəsində arvadını öldürdüyünü düşündüyünü qeyd edib.
O, məhkəmədə həyat yoldaşını öldürmək niyyətinin olmadığını vurğulayıb və aralarındakı münasibətlərlə bağlı telefon yazışmalarının olduğunu, araşdırma zamanı bu halların üzə çıxacağını deyib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən G.İ. isə hadisənin başqa cür baş verdiyini bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin noyabr ayının 3-də həyat yoldaşı Pərvizdən ayrılmaq məqsədilə ata evinə gedib.
Zərərçəkmiş şəxsin ifadəsinə əsasən, noyabrın 7-də saat 10 radələrində Pərviz onun ata evinə gəlib və “G.İ., gəl barışaq, çıxaq gedək evimizə” deyib. Qadın isə barışmaq istəmədiyini, Pərvizə olan etibar və inamının qalmadığını qeyd edib.
G.İ.-nin sözlərinə görə, Pərviz boşanmaq istəsələr, boşana biləcəklərini deyib. Qadın isə ona bir qədər vaxt verməsini, daha sonra boşanaraq yollarını ayıracaqlarını bildirib.
Lakin zərərçəkmiş şəxsin ifadəsinə görə, Pərviz barışmaq üçün israrını davam etdirib. G.İ. yenidən barışmaq istəmədiyini deyib. Bundan sonra Pərvizin onun atasını və qardaşını öldürəcəyi və döydürəcəyi barədə hədələr səsləndirdiyini bildirib.
G.İ. ifadəsində həmin sözlərdən qorxduğunu və ailə üzvlərinə zərər gəlməməsi üçün Pərvizə “Sənin məsələn mənimlədi, ailə üzvlərimlə işin olmasın” dediyini söyləyib.
Zərərçəkmiş şəxs həmin vaxt yuxudan təzə oyandığını, baş örtüyü taxmadığını və başının açıq olduğunu deyib.
Onun ifadəsinə görə, Pərviz saçından tutaraq onu sürüyüb evin giriş qapısından mətbəxə aparıb. Daha sonra Pərvizin ona təzyiq göstərərək yerə yıxdığını və müqavimət göstərmək imkanını itirdiyini bildirib. Əri qadının sinəsinin üzərində oturub və hər iki əli ilə boğazından sıxaraq boğmağa başlayıb.
G.İ. bundan sonra huşunu itirdiyini və sonrakı hadisələri xatırlamadığını qeyd edib. O, ayıldıqdan sonra anasının ona kömək etdiyini və təcili tibbi yardıma xəbər verildiyini deyib.
G.İ. həmçinin bildirib ki, Pərviz onların evinə gələn zaman anası və bacısı qızı Sevil də evdə olub.
Zərərçəkmiş şəxs ifadəsində huşunu itirmə ilə bağlı hər hansı xəstəliyinin olmadığını da qeyd edib.
Məhkəmədə G.İ. əri ilə barışmadığını və onu bağışlamadığını bildirib.
Məhkəmənin hökmü ilə Pərviz İbrahimova cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Kamal Məmmədov
7 Oktyabr 23:33
7 Oktyabr 22:53
7 Oktyabr 22:50
7 Oktyabr 22:40
7 Oktyabr 22:06
7 Oktyabr 21:50
7 Oktyabr 21:14
7 Oktyabr 20:40
7 Oktyabr 20:31
7 Oktyabr 20:12
7 Oktyabr 19:56
7 Oktyabr 18:45
7 Oktyabr 18:44
7 Oktyabr 18:21
7 Oktyabr 18:14
7 Oktyabr 18:02
7 Oktyabr 17:59
7 Oktyabr 17:55
7 Oktyabr 17:52
7 Oktyabr 17:49
7 Oktyabr 17:43
7 Oktyabr 17:43
7 Oktyabr 17:29
7 Oktyabr 17:26
7 Oktyabr 17:22
7 Oktyabr 17:21
7 Oktyabr 17:19
7 Oktyabr 17:15
7 Oktyabr 17:05
7 Oktyabr 17:02
7 Oktyabr 17:02
7 Oktyabr 16:52
7 Oktyabr 16:45
7 Oktyabr 16:37
7 Oktyabr 16:34
7 Oktyabr 16:30
7 Oktyabr 16:28
7 Oktyabr 16:25
7 Oktyabr 16:19
7 Oktyabr 16:09
7 Oktyabr 16:05
7 Oktyabr 16:02
7 Oktyabr 15:54
7 Oktyabr 15:53
7 Oktyabr 15:48
7 Oktyabr 15:42
7 Oktyabr 15:37
7 Oktyabr 15:31
7 Oktyabr 15:27
7 Oktyabr 15:19
7 Oktyabr 15:10
7 Oktyabr 15:04
7 Oktyabr 14:52
7 Oktyabr 14:46
7 Oktyabr 14:45
7 Oktyabr 14:42
7 Oktyabr 14:41
7 Oktyabr 14:24
7 Oktyabr 14:20
7 Oktyabr 14:10
7 Oktyabr 14:07
7 Oktyabr 14:05
7 Oktyabr 13:58
7 Oktyabr 13:49
7 Oktyabr 13:47
7 Oktyabr 13:45
7 Oktyabr 13:44
7 Oktyabr 13:41
7 Oktyabr 13:29
7 Oktyabr 13:27
7 Oktyabr 13:19
7 Oktyabr 13:12
7 Oktyabr 13:01
7 Oktyabr 12:57
7 Oktyabr 12:53
7 Oktyabr 12:51
7 Oktyabr 12:47
7 Oktyabr 12:41
7 Oktyabr 12:39
7 Oktyabr 12:29
7 Oktyabr 12:22
7 Oktyabr 12:19
7 Oktyabr 12:13
7 Oktyabr 12:03
7 Oktyabr 11:59
7 Oktyabr 11:47
7 Oktyabr 11:42
7 Oktyabr 11:35
7 Oktyabr 11:27
7 Oktyabr 11:22
7 Oktyabr 11:19
7 Oktyabr 11:14
7 Oktyabr 11:10
7 Oktyabr 11:05
7 Oktyabr 10:57
7 Oktyabr 10:52
7 Oktyabr 10:48
7 Oktyabr 10:45
7 Oktyabr 10:35
7 Oktyabr 10:25
7 Oktyabr 10:24
7 Oktyabr 10:17
7 Oktyabr 10:14
7 Oktyabr 10:12
7 Oktyabr 10:09
7 Oktyabr 10:08
7 Oktyabr 10:06
7 Oktyabr 10:02
7 Oktyabr 10:00
7 Oktyabr 09:43
7 Oktyabr 09:20
7 Oktyabr 09:19
7 Oktyabr 09:10
7 Oktyabr 08:45
7 Oktyabr 08:26
7 Oktyabr 08:21
7 Oktyabr 08:15
7 Oktyabr 08:10
7 Oktyabr 08:05
7 Oktyabr 08:02
7 Oktyabr 06:39
7 Oktyabr 06:36
7 Oktyabr 06:35
7 Oktyabr 00:11
6 Oktyabr 21:58
6 Oktyabr 21:55
6 Oktyabr 21:53
6 Oktyabr 19:39
6 Oktyabr 19:27
6 Oktyabr 19:26
6 Oktyabr 18:59
6 Oktyabr 18:55
6 Oktyabr 18:49
6 Oktyabr 18:45
6 Oktyabr 18:42
6 Oktyabr 18:30
6 Oktyabr 18:25
6 Oktyabr 18:19
6 Oktyabr 18:09
6 Oktyabr 18:05
6 Oktyabr 18:00
6 Oktyabr 17:55
6 Oktyabr 17:51
6 Oktyabr 17:47
6 Oktyabr 17:35
6 Oktyabr 17:29
6 Oktyabr 17:28
6 Oktyabr 17:27
6 Oktyabr 17:21
6 Oktyabr 17:12
Ən son xəbərləri səhifəmizdən də izləyin