BURADA REKLAMINIZ OLA
BİLƏR

Arzuman Abdulkərimov özünə müavin təyin etdi

Məhəmmədhüseyn Rza oğlu Həsənov Hilal Sosial Araşdırmalar İctimai Birliyinin “Dünya Azərbaycanlıları və Türk Dövlətləri ilə əlaqələr” istiqaməti üzrə sədr müavini təyin edilib.


Pravda.az-ın xəbərinə görə, bununla bağlı qərar Birliyin İdarə Heyəti tərəfindən qəbul olunub.
 

Məhəmmədhüseyn Həsənov 20 yanvar 1995-ci ildə anadan olub. O, sərbəst güləş üzrə Azərbaycan çempionu, Avropa və dünya çempionatlarının bürünc mükafatçısı, həmçinin Heydər Əliyev adına beynəlxalq turnirin qalibidir.


Həsənov 2015–2018-ci illərdə Türkiyənin “İstanbul Büyükşehir Belediyyespor” klubunda fəaliyyət göstərib.
 

O, gənclik illərindən etibarən ictimai fəaliyyətə fəal şəkildə qoşulub, sosial və ictimai təşəbbüslərdə iştirak edib.
 

Yeni vəzifəsində Məhəmmədhüseyn Həsənovun dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi, Türk dövlətləri və xalqları ilə əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət göstərməsi nəzərdə tutulur.

 

Qeyd: Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimovdur.

Tarix: 14 Sentyabr 2026, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin