BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşını bıçaqlayan şəxsə elektron qolbaq taxıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Emral Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 1 il müddətində azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 15 yanvar 2026-cı il tarixdə saat 14:45 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evində baş verib.

 

Belə ki, Emral Mirzəyev qardaşı, zərərçəkmiş Semral Mirzəyevlə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisəyə səbəb qardaşının ona yemək yediyi masanın üstünü təmizləməsini kobud formada deməsi olub. Bundan sonra Emral otaqdan qatlanan cib bıçağı götürüb və qardaşına hücum edib.

 

Tərəflər əlbəyaxa olarkən o, Semral Mirzəyevin boynundan tutaraq sıxıb. Daha sonra Emral Mirzəyev bıçaqla qardaşının döş qəfəsi nahiyəsinə bir dəfə, sol bazu və sağ bud nahiyələrinə isə ümumilikdə dörd dəfə zərbə endirib. Nəticədə Semral Mirzəyevin sağ bud və sol bazu nahiyələrində kəsilmiş yaralar, döş qəfəsində isə kəsilmiş-deşilmiş yara yaranıb.

 

Beləliklə, istintaqın gəldiyi nəticəyə əsasən, Emral Mirzəyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qardaşı Semral Mirzəyevə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurub.

 

Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 15 Sentyabr 2026, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin