BURADA REKLAMINIZ OLA
BİLƏR

İlahiyyatçı: “Allahın qarşısına çimərlik geyimində çıxmağa cəsarət edən şəxsin mənəviyyatında problem var”

“Xarici ölkələrin birində qadının çimərlik geyimində namaz qılma görüntüləri müzakirələr yaradıb. Belə ki, bir çoxları bu hərəkəti namaza edilən təhqir kimi qiymətləndirsə də, bəziləri isə ibadətin zaman, məkan tanımadığını bildirirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, çimərlik geyimində qadının namaz qılması İslam qaydalarına ziddir.

 

Onun sözlərinə görə, kimsə bunu dini rişxənd obyektinə çevirmək məqsədilə yaxud da bilmədən edib: “İbadətlərdə əsas şərt niyyət olsa da, əməlin üsul və forması da önəmlidir. Ədəb, əxlaq, ərkan və forma vacibdir. Yəni, bütün ibadətlər əxlaq və ədəb çərçivəsində, öz formasına uyğun, eyni zamanda örtünmə qaydalarına riayət etməklə mümkündür. Qadının ibadət zamanı örtünmüş olması təkcə İslamda yox, hətta buddizm, iudaizm və xristianlıqda da önəm kəsb edir. İbadət zamanı diqqət çəkməmək şərtdir. Qadın tək də ibadət etsə, örtünməsi vacibdir. Məntiqi cəhətdən də insan ibadət zamanı aləmlərin sahibi, bəşəriyyətin müəlliminin qarşısına çıxmış sayılır. Adi məktəb müəlliminin, öz valideynlərinin qarşısına çimərlik geyimində çıxmağa həya edən adam bu geyimdə Allahın qarşısına çıxmağa cəsarət edirsə, onun mənəviyyatında, psixologiyasında problem var. Həzrət Məhəmməd Peyğəmbərin hədislərinə görə, namaz möminin meracı, yəni Allahla görüşüdür. Belə bir görüşün mahiyyətini dərk edən adam heç zaman çılpaq şəkildə Tanrının önünə çıxmaz. İbadətlərin qəbul olunması üçün xüsusi metod və qaydalar var. Bu vacib qaydalardan biri də qadının ibadət zamanı tam örtünməsidir”.

 

Şəhanə Qədirli

Tarix: 15 Sentyabr 2026, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin