Mərkəzi Bank iki lombardı və bir lizinq şirkətini cərimələyib.
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində “TAHK” MMC (Elit Lombard), “Anex Lombard” MMC və “Azmaş Lizinq” MMC-nin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub.
Bildirilib ki, maliyyə institutları tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı məhkəmə qərarları qəbul edilib.
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə “TAHK” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi əsasında 2 000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, 598.1.2-ci maddə maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsi və ya tam tətbiq edilməməsi ilə bağlı tələbləri əhatə edir.
Həmçinin “Anex Lombard” MMC-nin vəzifəli şəxsi Şirvan Şəhər Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri əsasında 2 000 manat məbləğində cərimələnib.
Bu maddələr müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanmasına, eləcə də daxili nəzarət proqramının tətbiqinə dair tələblərin pozulmasını nəzərdə tutur.
Bundan əlavə, “Azmaş Lizinq” MMC və onun vəzifəli şəxsi də inzibati məsuliyyətə cəlb olunub. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə şirkət 21 000 manat, onun vəzifəli şəxsi isə 3 000 manat məbləğində cərimə edilib.
“Azmaş Lizinq” üzrə qərar İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri əsasında qəbul olunub. Bu maddələr müştəri uyğunluğu tədbirləri, daxili nəzarət proqramı və monitorinq olunan əməliyyatlar üzrə məlumat və sənədlərin təqdim edilməsi tələbləri ilə bağlıdır.
Qeyd edək ki, “Azmaş Lizinq” MMC 2019-cu ildə təsis edilib. Şirkət kənd təsərrüfatı texnikaları və avadanlıqların lizinq yolu ilə maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi Fəridə Qaraxanova Misrixanovnadır.
14 Oktyabr 19:38
14 Oktyabr 19:20
14 Oktyabr 19:19
14 Oktyabr 19:16
14 Oktyabr 19:15
14 Oktyabr 19:13
14 Oktyabr 19:12
14 Oktyabr 19:10
14 Oktyabr 19:06
14 Oktyabr 18:58
14 Oktyabr 18:37
14 Oktyabr 18:34
14 Oktyabr 18:27
14 Oktyabr 18:20
14 Oktyabr 18:17
14 Oktyabr 18:12
14 Oktyabr 18:11
14 Oktyabr 18:07
14 Oktyabr 18:01
14 Oktyabr 17:56
14 Oktyabr 17:47
14 Oktyabr 17:45
14 Oktyabr 17:39
14 Oktyabr 17:32
14 Oktyabr 17:29
14 Oktyabr 17:20
14 Oktyabr 17:16
14 Oktyabr 17:09
14 Oktyabr 17:07
14 Oktyabr 16:57
14 Oktyabr 16:45
14 Oktyabr 16:37
14 Oktyabr 16:36
14 Oktyabr 16:27
14 Oktyabr 16:21
14 Oktyabr 16:20
14 Oktyabr 16:13
14 Oktyabr 16:11
14 Oktyabr 16:05
14 Oktyabr 15:54
14 Oktyabr 15:51
14 Oktyabr 15:44
14 Oktyabr 15:39
14 Oktyabr 15:25
14 Oktyabr 15:17
14 Oktyabr 15:16
14 Oktyabr 15:05
14 Oktyabr 14:58
14 Oktyabr 14:54
14 Oktyabr 14:52
14 Oktyabr 14:44
14 Oktyabr 14:43
14 Oktyabr 14:41
14 Oktyabr 14:34
14 Oktyabr 14:30
14 Oktyabr 14:29
14 Oktyabr 14:26
14 Oktyabr 14:26
14 Oktyabr 14:25
14 Oktyabr 14:09
14 Oktyabr 14:07
14 Oktyabr 14:03
14 Oktyabr 13:50
14 Oktyabr 13:46
14 Oktyabr 13:36
14 Oktyabr 13:23
14 Oktyabr 13:13
14 Oktyabr 13:08
14 Oktyabr 12:52
14 Oktyabr 12:49
14 Oktyabr 12:35
14 Oktyabr 12:33
14 Oktyabr 12:25
14 Oktyabr 12:23
14 Oktyabr 12:16
14 Oktyabr 12:04
14 Oktyabr 11:59
14 Oktyabr 11:55
14 Oktyabr 11:47
14 Oktyabr 11:45
14 Oktyabr 11:42
14 Oktyabr 11:40
14 Oktyabr 11:33
14 Oktyabr 11:33
14 Oktyabr 11:25
14 Oktyabr 11:24
14 Oktyabr 11:22
14 Oktyabr 11:15
14 Oktyabr 11:06
14 Oktyabr 11:02
14 Oktyabr 10:59
14 Oktyabr 10:55
14 Oktyabr 10:55
14 Oktyabr 10:54
14 Oktyabr 10:51
14 Oktyabr 10:51
14 Oktyabr 10:49
14 Oktyabr 10:49
14 Oktyabr 10:44
14 Oktyabr 10:39
14 Oktyabr 10:36
14 Oktyabr 10:34
14 Oktyabr 10:26
14 Oktyabr 10:21
14 Oktyabr 10:06
14 Oktyabr 09:59
14 Oktyabr 09:57
14 Oktyabr 09:55
14 Oktyabr 09:50
14 Oktyabr 09:49
14 Oktyabr 09:43
14 Oktyabr 09:27
14 Oktyabr 09:01
14 Oktyabr 08:59
14 Oktyabr 08:55
14 Oktyabr 08:51
14 Oktyabr 08:46
14 Oktyabr 08:35
14 Oktyabr 08:25
14 Oktyabr 08:02
14 Oktyabr 07:27
14 Oktyabr 06:48
14 Oktyabr 06:46
14 Oktyabr 06:42
14 Oktyabr 06:37
13 Oktyabr 23:25
13 Oktyabr 22:30
13 Oktyabr 21:53
13 Oktyabr 21:39
13 Oktyabr 21:12
13 Oktyabr 21:08
13 Oktyabr 19:55
13 Oktyabr 19:53
13 Oktyabr 19:50
13 Oktyabr 18:57
13 Oktyabr 18:50
13 Oktyabr 18:33
13 Oktyabr 18:28
13 Oktyabr 18:19
13 Oktyabr 18:15
13 Oktyabr 18:13
13 Oktyabr 18:10
13 Oktyabr 18:07
13 Oktyabr 18:06
13 Oktyabr 18:02
13 Oktyabr 17:58
13 Oktyabr 17:55
13 Oktyabr 17:49
13 Oktyabr 17:46
13 Oktyabr 17:43
Ən son xəbərləri səhifəmizdən də izləyin