BURADA REKLAMINIZ OLA
BİLƏR

Oxlovunuz yoxdur? - Xəmir açmaq üçün bu əşyalardan istifadə edə bilərsiniz

Evdə xəmir açmaq istəyirsiniz, amma oxlovunuz yoxdur? Narahat olmayın. Mətbəxdə olan bəzi əşyalar oxlovu əvəz edə bilər.

 

Pravda.az bildirir ki, təmiz və hamar şüşə butulka, termos, banka xəmir yaymaq üçün istifadə oluna bilər. Bu vasitələr xüsusilə peçenye, pizza, börək və digər xəmirlər üçün uyğundur.

 

Lakin paxlava və yuxa kimi çox nazik xəmir hazırlayarkən oxlovdan istifadə etmək daha yaxşı nəticə verir. Xəmirin səthə yapışmaması üçün isə əvvəlcədən bir qədər un səpmək tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 15 Sentyabr 2026, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin