BURADA REKLAMINIZ OLA
BİLƏR

Dilarə Əliyeva tıxacdan şikayətləndi: "Bu ölkənin ən çox nevropatoloqa ehtiyacı var, guya biz indi yaşayırıq..."

"Bu ölkənin ən çox nevropatoloqa ehtiyacı var. On beş dəqiqəlik yolu iki saat yarıma gedib çıxa bilmirsənsə, beyin xarab olur, insan aqressiya ilə dolur. Müəllim uşağı danlayır, uşağın qanı qaralır, uşağın qanı qaralanda valideynin də qanı qaralır. Hamı bir-birinə “nə var?” deyir, aqressiya artır. Artıq beynim xarab olub, danışığımı bilmirəm".

 

Pravda.az xəbər verir ki, bu sözləri  Əməkdar artist Dilarə Əliyeva bu gün paytaxt ərazisində qarşılaşdığı tıxac xaosundan danışarkən deyib.

 

O bildirib ki, aqressiyanı azaltmaq üçün nevropatoloqa ehtiyac var:

 

"Dərman yazsın ki, sakitləşək. Bunun adına "yaşamaq" demək mümkündürsə, guya biz indi yaşayırıq. Nə edək? Yayı gözləyək, camaat dağlara çəkilsin? Bəlkə, yollar çəkilsin?"

 

Aytəkin Qardaşova

Tarix: 15 Sentyabr 2026, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin