BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB: Bu əlamətlər varsa, həkimə gedin

Limfoma zamanı boyun, qoltuqaltı və qasıq nahiyəsində ağrısız şişkinlik, səbəbsiz çəki itkisi və gecə tərləmələri müşahidə oluna bilər.

 

Pravda.az xəbər verir ki, bu barədə TƏBİB sosial şəbəkə hesabında paylaşım edib.

 

Qeyd olunub ki, limfoma orqanizmin müdafiəsində mühüm rol oynayan limfa sistemində yaranan bədxassəli xəstəlikdir.

 

Xəstəliyin mümkün əlamətləri sırasında davamlı hərarət və halsızlıq da yer alır. Lakin bu simptomların hər zaman limfoma anlamına gəlmədiyi vurğulanıb.

 

TƏBİB şikayətlər davamlı olduğu halda həkimə müraciət etməyi və müayinədən keçməyi tövsiyə edib.

Tarix: 15 Sentyabr 2026, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin