BURADA REKLAMINIZ OLA
BİLƏR

Mətbəxdə az bilinən ədviyyat: Çəmən tozu

Çəmən tozu çəmən otu toxumlarının qurudulub üyüdülməsi ilə hazırlanan ədviyyatdır. Özünəməxsus qoxusu və bir qədər acı dadı ilə seçilir.

 

Pravda.az bildirir ki, əsasən bastırmada istifadə olunur. Bundan başqa, ət yeməklərinə, souslara, şorbalara və paxlalı yeməklərə də əlavə edilir.

 

Çəmən tozu sarımsaq, qırmızı bibər, qara istiot, zirə və keşniş kimi ədviyyatlarla yaxşı uyğunlaşır.

 

Reseptdə çəmən tozu olmadıqda, onu tam əvəz edəcək alternativ tapmaq çətindir. Lakin yeməyin növündən asılı olaraq müxtəlif ədviyyat qarışıqlarından istifadə etmək mümkündür.

 

Əminə Bayramova

                                                    

 

Tarix: 15 Sentyabr 2026, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin