BURADA REKLAMINIZ OLA
BİLƏR

Özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxs kassasiya şikayəti verdi

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Abbas Hətəmovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Təqsirləndirilən Abbas Hətəmov 2020-ci ildə də dələduzluğa görə 3 il azadlıqdan məhrum edilib. İttihama görə o, özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Hacıqabul rayonunda vətəndaşlardan xeyli miqdarda, yəni 21 min manat pul alıb. Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6 700 manatlıq xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

 

Bundan başqa, 2023-ci ilin dekabr ayında Səxavət Məmmədovun oğlunu 22 000 manata Penitensiar Xidmətə işə düzəltməyə söz verərək həmin məbləği sonuncudan alıb.

 

Həmçinin Abbas Hətəmov Gültəkin Rəhimovadan 67, 2 kvadrat metr mənzil üçün 2024-cü il avqustun 13-də 101 min 500 manat pulu alaraq qadına qarşı külli miqdarda dələduzluq edib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Hətəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 16 Sentyabr 2026, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin