BURADA REKLAMINIZ OLA
BİLƏR

Penitensiar Xidmətin keçmiş əməkdaşının işi Ali Məhkəmədə

 

Bakıda dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Mətləb İlyasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, Mətləb İlyasov bir neçə şəxsə qarşı dələduzluq edib.

 

O, həmin şəxsləri işə düzəldəcəyinə və onların yaxın qohumlarını həbsdən azad etdirəcəyinə vəd verib. Lakin sonradan Mətləb İlyasov verdiyi vədə əməl etməyib.

 

Mətləb İlyasovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) maddələri üzrə ittiham elan edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırlatma: Mətləb İlyasov Penitensiar Xidmətinin keçmiş əməkdaşı olub.

 

Kamal Məmmədov

Tarix: 16 Sentyabr 2026, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin