BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının inkişafı ilə bağlı müzakirələri yüksək qiymətləndirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah M. Əlhamədə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib.

 

Pravda.az bildirir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

 

“Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının, o cümlədən media və kommunikasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələrimizi yüksək qiymətləndirirəm. Bu əməkdaşlıq prezidentlərimizin müəyyən etdiyi istiqamət və baxışlara uyğundur”, – Hikmət Hacıyev bildirib.

 

O, həmçinin Abdullah M. Əlhamədi Ərəb Media Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə təbrik edib.

Tarix: 16 Sentyabr 2026, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin