BURADA REKLAMINIZ OLA
BİLƏR

Lenfoma müalicəsi zamanı necə qidalanmalı?

Lenfoma müalicəsi zamanı düzgün qidalanma orqanizmin gücünü qorumağa və müalicənin bəzi yan təsirlərini azaltmağa kömək edə bilər. Bu dövrdə zülal, tərəvəz, meyvə, tam taxıllar və sağlam yağlarla balanslı qidalanmaq, kifayət qədər maye qəbul etmək vacibdir.

 

Pravda.az bildirir ki, immunitet zəifləyə bildiyi üçün çiy və ya tam bişməmiş ət, yumurta və balıqdan, pasterizə olunmamış süd məhsullarından və yaxşı yuyulmamış meyvə-tərəvəzdən uzaq durmaq tövsiyə edilir.

 

İştahsızlıq və ürəkbulanma zamanı az-az, lakin tez-tez qidalanmaq faydalı ola bilər. Ağız yaraları və dad dəyişiklikləri zamanı isə çox ədviyyatlı, turş və qıcıqlandırıcı qidalardan çəkinmək lazımdır.

 

Qeyd: Vitamin və bitki tərkibli əlavələr həkim məsləhəti olmadan qəbul edilməməlidir. Heç bir “möcüzəvi qida” lenfomanı müalicə etmir, qidalanma yalnız əsas müalicəni dəstəkləyən amildir.

 

Əminə Bayramova

Tarix: 16 Sentyabr 2026, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin