BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehdi Cavadov yenidən müşavir oldu

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədrinə müşavir təyin edilib.

 

Pravda.az Plat.az-a istinadən xəbər verir ki, bu vəzifə Mehdi Cavadova həvalə edilib.

 

Qeyd edək ki, M.Cavadov əvvəllər də sözügedən vəzifədə çalışıb. Belə ki, o, 2023-cü ilin fevral ayından 2026-cı ilin may ayına qədər “ASAN xidmət” sədrinin müşaviri olub.

 

M.Cavadov bu ilin may ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri təyin olunsa da, təqribən 2 ay yarımdan sonra, yəni bu il avqustun 1-də vəzifəsindən ayrılıb. O, həmçinin 2019-cu ilin fevralından 2023-cü ilin fevral ayına kimi isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olub.

Tarix: 16 Sentyabr 2026, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin