BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazilə Səfərli ƏSƏBİLƏŞDİ: "Sənin uşağın "bərkgedən" məktəbdə oxuyacaq deyə mən "probka"da qalmalıyam?""

"Məktəb açılıb, hamı bir-birinə girib. Tıxacdır. Məktəb saatında işə çıxmalı deyil. Hər uşağın bir "şoferi" var. Niyə? Əvvəllər necə idi? Hər rayonda iyirmi beş-otuz binaya bir məktəb qoyublar. Evi məktəbə yaxın alırsan, uşaq da çantasını belinə keçirib, yelləyə-yelləyə dərsə gedir, evə gəlir. İndi niyə belədir? Bilmək olar, bu tıxac nəyin tıxacıdır? Razində, Hövsanda, Bülbülədə yaşayırsan, uşağını isə Badamdara oxumağa qoymusan. Xəstəsən? Evinin yanında məktəb yoxdur? Sən mütləq Badamdara gəlib çıxmalısan? Belə pullu oğlansan, evini də oradan al. Uşağa, xalqa niyə zülm edirsən? Bir deyilsiniz, beş deyilsiniz. Pullusunuz, başımıza çıxın..."

 

Pravda.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli deyib.

 

N.Səfərli şəhərin mərkəzində yerləşən məktəblərdən xüsusilə gileylənib:

 

"Vay o günə ki şəhərin mərkəzindəki məktəblərin qabağından keçəsən. Allah uşaqlara zehin açıqlığı versin. Uşaqların zehnini elə siz valideynlər bağlayırsınız. Prestij olacaq ki, kişinin oğlu filan marka məktəbdə oxuyur. Gözümüzün ikisi də aydın. Sənin uşağın "bərkgedən" məktəbdə oxuyacaq deyə mən "probka"da qalmalıyam?"

 

Aytəkin Qardaşova

Tarix: 16 Sentyabr 2026, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin