BURADA REKLAMINIZ OLA
BİLƏR

AMİP-nin nümayəndə heyəti İsveçdə parlament seçkilərində iştirak edib - FOTO

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə və partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev sentyabrın 10-15-də İsveçdə səfərdə olublar.

 

Pravda.az xəbər verir ki, səfər İsveçdə hakimiyyətdə olan sağ-mərkəz yönümlü Moderat Partiyasının dəvəti ilə baş tutub.

 

Səfərin əsas məqsədi sentyabrın 13-də keçirilən parlament seçkilərini müşahidə etmək, seçki kampaniyasının son günlərində prosesin gedişatını izləmək olub. Səfər çərçivəsində Moderat Partiyasının rəhbərliyi, İsveç Riksdaqının və Avropa Parlamentinin partiyadan olan üzvləri ilə görüşlər keçirilib.

 

Sentyabrın 13-də keçirilən seçki gecəsində AMİP rəhbərliyi İsveçin Baş naziri Ulf Kristersson, ədliyyə naziri Gunnar Strömmer, xarici işlər naziri Maria Malmer Stenergard, digər hökumət nümayəndələri və deputatlarla birlikdə seçkinin nəticələrini canlı şəkildə izləyiblər.

 

Hazırda səslərin 95,3 %-i hesablanıb. Moderat Partiyasının rəhbərlik etdiyi sağ-mərkəz koalisiyası səslərin 49,2 %-ni, Sosial Demokratların rəhbərlik etdiyi sol koalisiya isə 49,4 %-ni əldə edib. Ölkə xaricində səs verən seçicilərin səsləri isə hələ tam hesablanmayıb və yekun nəticələrin həftə sonunadək açıqlanması gözlənilir.

 

Səfər çərçivəsində İsveçdə yaşayan bir qrup azərbaycanlı ilə də görüş keçirilib. Görüş zamanı azərbaycanlıların İsveçin ictimai-siyasi həyatında iştirakının stimullaşdırılması, ölkədə gedən proseslərdə daha fəal iştirak etmələri barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə həmçinin gələcəkdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Arzuxan Əlizadə İsveçdə parlament seçkilərini müşahidə edib.

Fotoları təqdim edirik
Tarix: 16 Sentyabr 2026, 16:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin