BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qoyun, körpəniz ağlasın!”

Körpəni ağladığı zaman dərhal sakitləşdirmək əvəzinə müəyyən müddət gözləmək onun daha rahat yuxuya getməsinə kömək edə bilər.

 

Pravda.az bildirir ki, aparılan bəzi araşdırmalar körpələrin qısa müddət ağlamasına imkan verilməsinin onların özünü sakitləşdirmə bacarığının inkişafına təsir göstərə biləcəyini ortaya qoyub.

 

Araşdırmalara görə, gecə ağlayan körpəyə dərhal müdaxilə edilmədikdə bəzi uşaqlar daha az oyanır və yenidən yuxuya daha tez gedirlər.

 

Körpənin hər ağlamasında onu qucağa almaq, yelləmək və ya başqa üsullarla sakitləşdirmək əvəzinə, qısa müddət gözləmək onun özbaşına sakitləşməyi öyrənməsinə şərait yarada bilər. Bu bacarıq formalaşdıqdan sonra körpə gecə oyandıqda valideynin köməyi olmadan yenidən yuxuya gedə bilər.

 

Bəzi araşdırmalarda bu yanaşmanın uşağın davranış inkişafına və ana ilə körpə arasındakı bağlılığa mənfi təsir göstərmədiyi də qeyd olunub.

 

Bununla belə, körpəni uzun müddət nəzarətsiz şəkildə ağlamağa buraxmaq nəzərdə tutulmur. Körpənin ağlamasının səbəbi, yaşı və ehtiyacları nəzərə alınmalıdır. Aclıq, ağrı, xəstəlik və ya digər narahatlıq əlamətləri olduqda valideyn müdaxilə etməlidir.

 

Körpələrin yuxu vərdişlərinin formalaşması fərdi olduğundan, bu yanaşmanın bütün uşaqlarda eyni nəticə verəcəyi gözlənilmir.

 

Əminə Bayramova

Tarix: 16 Sentyabr 2026, 17:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin