BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam

Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam.

 

Ermənistan mediası xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı bildirib.

 

Paşinyan qeyd edib ki, 2018-ci ildən Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayır və həmin vaxtdan etibarən Rusiyanın Ermənistandakı hərbi bazasının ölkədən çıxarılması məsələsini heç vaxt qaldırmayıb.

 

Onun sözlərinə görə, məsələ Bişkekdə keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitindən və Putinlə danışıqlardan sonra gündəmə gəlib.

 

Baş nazir bildirib ki, Rusiya hərbi bazanın Ermənistandan çıxarılmasını zəruri hesab edərsə, İrəvan buna etiraz etməyəcək.

 

Eyni zamanda, Paşinyan Rusiyanın hərbi bazasının Ermənistanda qalması məsələsini də müzakirə etməyə hazır olduqlarını deyib./APA

Tarix: 16 Sentyabr 2026, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin