BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatdı

Türkiyənin Naxçıvan şəhərindəki Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Türkiyənin Naxçıvandakı Baş konsulluğunun rəsmi "Facebook" hesabında paylaşım edilib.

 

A.Kaya paylaşımda 2022-ci il dekabrın 15-dən etibarən icra etdiyi vəzifəsini başa vurduğunu, sentyabrın 17-də Naxçıvanı tərk edəcəyini bildirib:

 

"Ölkəmizin qardaş Azərbaycanla yeganə quru əlaqəsi olan və Ulu Öndər Atatürkün "Türk qapısı" adlandırdığı Naxçıvanda təxminən dörd il müddətində fəaliyyət göstərməkdən böyük məmnunluq və qürur duydum.

 

Fəaliyyətim müddətində Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi əsasında bizə hər zaman dəstək olan Azərbaycan və Naxçıvan Muxtar Respublikası rəhbərliyinə, eləcə də məni öz evimdə hiss etdirən bütün naxçıvanlı qardaşlarıma təşəkkür edirəm".

Tarix: 16 Sentyabr 2026, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin