BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq

Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq.

 

Bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

 

Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816 milyon manat olacaq. Bu, 2026-cı illə müqayisədə 98,6 milyon manat, yaxud 1,1 faiz çoxdur.

 

Qeyd edək ki, 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 717 milyon 581 min 860 manat olub.

Tarix: 16 Sentyabr 2026, 22:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin