BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq

Gələn il Azərbaycanın səhiyyə xərcləri 2,9 faiz artacaq.

 

Bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

 

Gələn il Azərbaycanın səhiyyə xərcləri 2 milyard 82,6 milyon olacaq. Bu, 2026-cı illə müqayisədə 58 milyon 285 min manat, yaxud 2,9 faiz çoxdur.

 

Qeyd edək ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard 24 milyon 314 min 550 manat olub.

Tarix: 16 Sentyabr 2026, 22:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin