BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkhaqqı ilə bağlı vacib məlumat: 1 550 manatı ötəcək

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ildə 1 551,5 manata çatacaq.

 

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Proqnozlara əsasən, 2027-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 288,3 manat, 2028-ci ildə 1 369,2 manat, 2029-cu ildə 1 466,9 manat təşkil edəcək.

 

Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,4 % artacaq.

 

2026-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,2 % çoxdur.

Tarix: 16 Sentyabr 2026, 23:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin