BURADA REKLAMINIZ OLA
BİLƏR

21 yaşlı gənc 5 ədəd motosikleti oğurlayaraq satdı

Hacıqabulda oğurluq edən şəxs saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Hacıqabul rayonunda yerləşən kafelərin birindən pul və 3 ədəd mobil telefon oğurlanması, eləcə də yanacaq doldurma məntəqələrinin birindən oğurluğa cəhd edilməsi barədə polisə məlumat daxil olub.

 

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Nəriman Vəlizadə saxlanılıb.

 

Araşdırmalar zamanı saxlanılan şəxsin Bakı şəhəri ərazisindən 5 ədəd motosiklet oğurlayaraq satması da müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, N. Vəlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix: 17 Sentyabr 2026, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin