BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mən və ailə üzvlərim heç vaxt Ramiz Mehtiyevi mədh edib, tərifləməmişik” – Adil Əliyevdən daha bir AÇIQLAMA

“Avqustun 23-də saat 05.45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində, ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qtupu təxribat törətməyə cəhd göstərdi.Azərbaycan ordusunun qəhrəman hərbiçiləri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant qurgin alberyan əsir götürülüb. Artıq zaman o zaman deyil, daxildəki təxribatçılar ifşa olunublar, daha ermənilərlə əlbir olub təxribat törədə bilməyəcəklər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

 

“Bu arada nəzərinizə çatdırmaq istəyirəm ki, mən və ailə üzvlərim, heç vaxt Ramiz Mehtiyevi mədh edib, tərifləməmişik, əksinə onu və komandasını hər zaman ifşa etmişik. Bunu köhnə müsahibələrimdə göstərə bilərəm” – A.Əliyev qeyd edib.

Tarix: 25 Avqust 2020, 00:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin