BURADA REKLAMINIZ OLA
BİLƏR

İsgəndər Allahverdiyev vəfat edib - FOTO

Müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.

 

Məlumata görə, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.

 

O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında xüsusi xidmətləri olan hərbçilərdən biri kimi tanınırdı.

 

İsgəndər Allahverdiyev 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

 

Həmin ildən Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. O, 1992–1994-cü illərdə bu vəzifədə Azərbaycan sərhəd xidmətinin təşəkkülü prosesində iştirak edib.

 

General-mayor İsgəndər Allahverdiyevin vəfatı ilə bağlı yaxınlarına, doğmalarına və hərbçi yoldaşlarına dərin hüznlə başsağlığı veririk.

 

Allah rəhmət eləsin! (BAKU.WS)

 

Azərbaycanın ilk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib

Tarix: 18 Sentyabr 2026, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin