BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı və Sumqayıtda yaşıllıqlara 39 480 manat ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt  şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

 

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

 

Araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu Kamil Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsində, eləcə də Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 39 480 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

 Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Tarix: 18 Sentyabr 2026, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin