BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı

Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.

 

Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.

 

İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.

 

Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir.

 

Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilmişdi. 8 il 6 ay azadlıqdan məhrum edilən Quliyev 2021-ci ildə həbsdə koronavirusdan vəfat edib.

 

Qafqazinfo

Tarix: 19 Sentyabr 2026, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin