BURADA REKLAMINIZ OLA
BİLƏR

Bilgəhdə dənizdə iki nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batması barədə ilkin məlumat daxil olub.

 

Bu barədə Pravda.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

 

Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Tarix: 19 Sentyabr 2026, 18:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin