BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Rusiya peyvəndinin alınmasını nəzərdə keçirəcək

Azərbaycan koronavirusa qarşı Rusiya istehsalı olan peyvəndi almaq imkanını nəzərdən keçirməyə hazırdır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov TASS-a müsahibəsində deyib.

 

"Peyvənd almaqda maraqlı olduğumuzdan "Sputnik V" peyvəndinin ilk növbədə ÜST tərəfindən tanınması üçün lazımi prosedurlar tamamlanan kimi bu sahədə rusiyalı həmkarlarımızın əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik", - deyə nazir bildirib.

 

XİN başçısı qeyd edib ki, Azərbaycan ÜST-ün üzvü kimi koronavirusla bağlı tövsiyə və müalicə metodlarına əməl edir.

Tarix: 25 Avqust 2020, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin