BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəngərlidə avtomobil qəzası olub, körpə ölüb

Kəngərli rayonunda bir ailənin üzvləri qəzaya düşüb, körpə ölüb.

 

Hadisə rayonun Xok kəndi ərazisində baş verib. Belə ki, 77-KS-302 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu, onun həyat yoldaşı 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıb. Onların övladı 2026-cı il təvəllüdlü Rəvan Qasımov həyatını itirib.

 

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./APA

Tarix: 23 Sentyabr 2026, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin