BURADA REKLAMINIZ OLA
BİLƏR

Anbardan 51 min manatlıq kombi aparatları oğurlandı - 4 nəfər saxlanıldı

Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R. Tərlanlı, K. Əsgərov, A. Abışov və N. Əhmədov saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix: 24 Sentyabr 2026, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin