BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım (Nərgiz) Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb.

 

Pravda.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 1992-ci ilin şaxtalı fevral gecəsində meşələrdən, Qarqar çayından keçərək canını qurtarmağa çalışan, ailəsi ilə birlikdə əsir düşüb ağır işgəncələr görən 9 yaşlı balaca qız bu gün – 44 yaşında Xocalıda yeni həyata başlayır. Aradan keçən uzun illərdən sonra Ləfxanım xanım bura artıq bir nənə kimi, övladları və nəvəsi ilə birgə qalib ölkənin vətəndaşı olaraq qayıdıb. O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.

 

Ləfxanım xanım 9 yaşında göz yaşları içində, ayaqlarını şaxta vurmuş halda tərk etdiyi torpağa bu gün sevinc və qürurla qayıdıb.

 

Xocalı faciəsi zamanı ağır sınaqlardan keçən Ləfxanımın xilas edildikdən sonra xəstəxanada 3 aydan çox müalicə olunduğu günlər də yaddaşına həkk olunub. Həkimlərdən birinin ona gətirdiyi Nərgiz gülü və "Bu gündən sonra adın Nərgiz olsun" deməsi ilə balaca qızın həyatında yeni bir səhifə açılmışdı. Hər kəsin Çingiz Mustafayevin arxiv kadrlarından Ləfxanım kimi tanıdığı Nərgiz Mahmudova üçün artıq qürbət arxada qalıb. O, hazırda Xocalı şəhər 1 nömrəli uşaq bağçasında çalışır.

 

Tarix: 24 Sentyabr 2026, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin