BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabadda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Dünən Sabirabadda baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

 

“Hyundai” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü Rahim İbrahimov hadisə yerində ölüb.

 

Digər avtomobilin sürücüsü Oktay Qasımov və sərnişinlər Kamal Qədirli, Mirəli Əskərov bədən xəsarətləri alıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb./APA

***

24.09.2026

Sabirabadda yol qəzası baş verib.

 

Hadisə Sabirabad rayonunun Osmanlı kəndində qeydə alınıb.

 

Avtoqəzada bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır./APA

Tarix: 25 Sentyabr 2026, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin