BURADA REKLAMINIZ OLA
BİLƏR

Antonio Banderasdan xəbər var

İspaniyanın ən məşhur aktyorlarından olan Antonio Banderas koronavirusdan sağalıb.

Pravda.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə aktyor “facebook” hesabında məlumat verib.

O, xəstəliyə avqustun 10-da - 60 yaşı tamam olan gün yoluxduğunu yazıb.

Qeyd edib ki, 21 günlük karantin müddətində sağalması üçün tələb olunan müalicə prosedurlarına ciddi əməl edib. 

Məlumat üçün bildirək ki, Banderas “Kann” və “Qoya” mükafatları da daxil olmaqla kinematoqrafiya sahəsində çoxlu təltiflərə layiq görülüb.APA

Tarix: 26 Avqust 2020, 07:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin