BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaşı 35-ə qədər olan şəxslərin nəzərinə: Sentyabrın 24-dək…

“Muğanbank” iş elanı verib.

 

Vəzifə: Ödəniş sistemləri departamentinin direktoru

 

Şəhər :Bakı

 

Yaş: 25 - 35

 

Təhsil: Ali

 

İş təcrübəsi: Azı 5 il bank stajı

 

Elanın tarixi: 26 avqust 2020

 

Bitmə tarixi: 24 sentyabr 2020

 

Vəzifəyə olan tələblər:

 

- Ödəniş sistemləri və Təcili Pul Köçürmə sistemlərinin fəaliyyətinin koordinasiya edilməsi;

 

- Ödəniş sistemləri və Təcili Pul Köçürmə sistemlərinin tarifləri və satış siyasətinin qurulması;.

 

- Ödəmə sistemlərinin bankın daxili qaydaları və əmrləri əsasında təhlükəsizliyini təmin etmək;

 

- Yeni satış kanallarının açılmasını təşkil etmək və s.

 

İş vaxtı: Həftədə 5 gün, 09:00-dan 18:00-dək

 

Namizədə tələblər:

 

· Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə);

 

· Müvafiq sahədə azı 3 il iş stajı;

 

· Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı

 

· Ödəmə sistemləri (SWIFT, XÖHKS və AZİPS), Sürətli pul köçürmə sistemləri (Western Union, Monex, UPT və s.) üzrə biliklərə malik olmaq

 

· İT layihələrin idarəedilməsi bacarığı

 

· İT və proqram sistemləri barədə ümumi anlayış

 

· FINTEX haqqında məlumatlı olmaq

 

· İnnovativ həllərin tətbiqi bacarığı

 

· Analiz etmə qabiliyyəti

 

· Problemləri həll etmə bacarığı

 

· Banklararası hesablaşmalar üzrə mövcud qanunvericliyi bilmək

 

· Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı

 

· Menecerlik və komandada işləmə bacarığı

 

· Ünsiyyət qurma bacarığı

 

· MS Office proqramında işləmə bacarığı

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Ödəniş) qeyd edərək, [email protected] elektron ünvanına göndərə bilərlər.

Tarix: 26 Avqust 2020, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin