BURADA REKLAMINIZ OLA
BİLƏR

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.

 

Pravda.az xəbər verir ki, fəxri kürsünün ilk pilləsində “Mercedes”in britaniyalı pilotu Corc Rassell yer alıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.

 

Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem təqdim ediblər.

Tarix: 26 Sentyabr 2026, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin