BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Əzizovdan kadr təyinatı - ƏMR

Bakı Şəhər İcra Hakimiyyəti (BŞIH) başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ayaz İmaməliyev vəzifəsindən azad edilib.

 

Pravda.az-ın xəbərinə görə, A. İmaməliyev BŞİH tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi təyin edilib.

 

Qeyd edək ki, Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin vəzifələri sırasına Bakı şəhəri ərazisində yeni yaradılmış mənzil-tikinti kooperativləri haqqında məlumatların toplanılması, istismarda olan mənzil-tikinti kooperativlər tərəfindən təqdim edilmiş sənədlərə əsasən mənzillərin və pay haqlarının addan-ada keçirilməsinə dair sərəncamların verilməsi, Mənzil-Tikinti Kooperativinin idarə heyəti sədrlərinin, kooperativ binalarda, yaşayan sakinlərin idarə rəhbərliyi və əməkdaşları tərəfindən qəbulun həyata keçirilməsi, Mənzil-Tikinti Kooperativini qeydiyyata alınması, Bakı Şəhər İcra Hakimiyyətinə və digər yuxarı təşkilatlara Mənzil-Tikinti Kooperativinə məxsus binaların istismar məsələləri ilə bağlı tələb edilən məlumatların və arayışların verilməsi, Mənzil-Tikinti Kooperativlərin binaları payçılardan toplanan istismar və kommunal haqlarının hesablanması qaydaları barədə müraciət olduqda onlara müvafiq qaydada izahatların verilməsi, Mənzil-Tikinti Kooperativlərdən daxil olan ərizə və şikayətlərin araşdırılması və tədbir görülməsi daxildir.

 

Xatırladaq ki, A. İmaməliyev isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri, Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olub, keçən ilin sentyabrında isə BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.APA

Tarix: 17 Dekabr 2019, 22:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin